EN

Britaniyada parlament seçkiləri keçirilir -FOTO/VİDEO

AzVision.az xəbər verir ki, seçkinin əsas rəqibləri Baş nazir Rişi Sunakın rəhbərliyində Mühafizəkarlar Partiyası və müxalifət lideri Kir Starmerin Leyboristlər Partiyasıdır.

Seçki ilə bağlı sorğuların nəticələri indidən göstərir ki, ölkədə iqtisadi problemlər, cari hökumətə qarşı artan inamsızlıq və ictimai narazılıqlar fonunda Leyboristlər Partiyası qalib gələ bilər. Əgər bu baş verərsə, 2010-cu ildən bəri hakimiyyəti öz əlində saxlayan Mühafizəkarlar iqtidarı 14 illik fasilənin ardınca Leyboristlərə ötürəcək.

(Britaniyanın müxalifət lideri Kir Starmer seçki kampaniyasında)

"Mühafizəkarların hakimiyyəti altında daha 5 il yaşaya bilmərik. Dəyişiklik yalnız Leyboristlərə səs verəcəyiniz təqdirdə mümkündür", - Kir Starmer seçki kampaniyası çərçivəsində dünənki çıxışı zamanı vurğulayıb.

Xatırladaq ki, Britaniyada Leyboristlər Partiyasından seçilmiş ən son Baş nazir Qordon Braun (2007-2010) idi.

(Britaniyanın hazırkı Baş nazir Rişi Sunak seçki kampaniyasında)

Firudin Həmidli
AzVision.az

Chosen
149
1
azvision.az

2Sources