EN

Birjalarda neft qiymətləri

Dünya birjalarında neft ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 86,84 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar azalaraq 83,32 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,73 dollar və ya 0,81 faiz azalaraq 90,05 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
174
10
vergiler.az

10Sources