EN

Stefan Mbappenin durumundan danışdı

Fransa yığmasının məşqçisi Qay Stefan 2024-cü il Avropa çempionatının 1/4 finalında Portuqaliya millisi ilə görüş öncəsi hücumçu Kilian Mbappenin durumundan danışıb.

90deqiqe.Az xəbər verir ki, “Lequipe" onun dediklərini belə çatdırıb:

“Onun burnunun zədəsini yüngülləşdirdik. Kilian çətin mövsüm keçirdi. İndi o, daha yaxşıdır."

Mbappenin Avstriya ilə qrup mərhələsinin açılış matçında (1:0) burnu sınıb. Bu səbəbdən hücumçu qoruyucu maskada oynamaq məcburiyyətində qalır. Avropa çempionatının 1/4 finalında Fransa yığması Portuqaliya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Hamburqda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
90deqiqe.az

1Sources