EN

Türkiyənin 5 şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 18 nəfər həbs olunub

Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Koceli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb.

Saxlanılardan 18-si isə məhkəmənin qərarı ilə həbs olunub.

Ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapanca, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.
 
 

Chosen
52
12
7news.az

10Sources