EN

Şəhid ailəsinin müraciəti müsbət həllini tapıb- ÖZƏL

Şəhid Mustafayev Əkbər Natiq oğlunun valideynlərinin Bərdə rayonu Mirzəxan kəndində yaşadıqları evin həyətyanı sahəsinə asfalt örtüyünün salınması ilə bağlı müraciəti müsbət həllini tapıb.

"Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Fatma Yıldırım məlumat verib:

"Torpaqlarımızın azadlığı və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinin rahatlığını təmin etmək məqsədi ilə Əkbər Mustafayevin valideynlərinin yaşadığı evin həyətyanı sahəsinə asfalt örtüyünün salınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bugün şəhidin ailəsinin yaşadığı evin həyətyanı sahəsinə asfalt örtüyü salınıb. Müraciətimizə operativ reaksiya verdikləri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Bərdə 43 nömrəli Yol İstismarı İdarəsinə təşəkkürümü bildirirəm".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
46
olaylar.az

1Sources