Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxmasından sonra ilk parlament seçkiləri keçirilir.
Publika.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və səsvermə yerli vaxtla saat 22:00-a qədər davam edəcək.
Bundan sonra seçici sorğularına əsaslanan ilk nəticələr dərc olunacaq.
Nəticələr bir gecədə hesablanacaq və əksər yerli seçki dairələrinin səhər tezdən qalib namizədləri elan edəcəyi gözlənilir.