EN

“Həyatına dəyər ver, narkomaniyaya yox de!” – LERİKDƏ GƏNCLƏRƏ NARKOTİKİN ZƏRƏRLƏRİNDƏN DANIŞILIB/ FOTO

Lerik rayonu, Heydər Əliyev Mərkəzində "Həyatına dəyər ver, narkomaniyaya yox de!" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, tədbirdə çıxışlar zamanı gənclərə   narkotiklərdən istifadənin zərərləri, dövrümüzün ən dəhşətli bəlası olan, “ağ ölüm” kimi tarixə düşən narkomanlığın insanları sağalmaz xəstəliklər məngənəsində boğduğu və bu bəlaya qarşı mübarizə üsulları, eləcə də qəbul edilmiş dövlət proqramlarının icrası barədə ətraflı məlumat verilib.

Eyni zamanda, gənclərə asudə vaxtlarını səmərəli dəyərləndirmələri yolunda tövsiyələr verilərək, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi bir daha vurğulanıb. O da bildirilib ki, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, bu ölkədə yaşayan hər bir kəs fəallıq göstərməlidir. Çünki o elə bir sərhəd tanımayan  təhlükəli, sosial əhəmiyyətli xəstəlikdir ki, gözlənilmədən hər insanın və yaxud da ona yaxın olan doğmasının başına gələ bilər. 

Sonda gəncləri ən çox düşündürən suallara cavab verilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı  sayəsində baş tutan tədbirdə Lerik rayonu üzrə gənclər və idman sektorunun, Lerik Rayon Polis Şöbəsinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, yeniyetmə və gənclər iştirak ediblər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Chosen
68
hurriyyet.az

1Sources