İzmirdə FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 13 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Polisin keçirdiyi əməliyyatda şübhəlilərdən 9-u saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə