EN

Poqosyan: “Axı bizim axırımız necə olacaq?”

“Paşinyan İlham Əliyevə verdiyi bütün vədləri yerinə yetirir. O söz verdiyi kimi Qarabağı itirdikdən sonra Tavuşu da verəcək, o biri kəndləri də, hələ üstəlik Süniki də (Qərbi Zəngəzur)”.

KONKRET.az xəbər verir ki, bu sözləri ictimai-siyasi xadim Tevan Poqosyan bildirib. O öz müsahibəsində vurğulayıb ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanda milli ideologiya tamamilə məhv edildi. Qarabağ itirildi və onun geri qaytarılması hələ ki mümkün deyil: “Sovet dövründə təhsil sisteminin üstünlüyü o idi ki, biz milli kimliyimizi başa düşürdük. Elə bir şəkildə təlim-tərbiyə üsulu tapılmışdı ki, hər xalqın öz milli ideyası formalaşmışdı, o cümlədən ermənilərin. Amma bu gün həmin ideyalardan əsər-əlamət qalmayıb. Bir məsələni də xüsusi vurğulayım ki, əgər 30 ildən sonra biz bu uğursuzluğa nail olmuşuqsa, deməli, hər şey göründüyü kimi, düz olmayıb. Biz bu illər ərzində çox səhvlər etmişik. Səhiyyə, təhsil və başqa sahələrdə gerilik hiss olunur. Sovetin təhsil sisteminin üstündən xətt çəkdik, özümüzə çox neqativ cəhətləri saxladıq. Burada xüsusilə korrupsiyaya yaradan mühiti nəzərdə tuturam.

Bu gün təəssüflər olsun ki, “Ermənistan-Arsax-Diaspora” müqəddəs üçlüyündən danışa bilmirik. Arsax yoxdur. Diaspor isə bilinmir hansı şəkildədir. Əvvəllər deyirdik ki, düaspor ölkəmizin idarəedilməsində bu və ya başqa şəkildə iştirak etməlidir. İndi isə ümumiyyətlə, belə bir forma qəbuledilməzdir. Axı bizim axırımız necə olacaq? Hələ bir təsəvvürümüz yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Chosen
57
konkret.az

1Sources