EN

Aİ-dən İsrailə xəbərdarlıq

Aİ: İsrail İordan çayının qərb sahilində ilhaq məqsədilə de-fakto vəziyyətlər yaratmağı dayandırmalıdır.

Turkustan.az xəbər verir ki, Avropa Birliyi (Aİ) İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Fələstin torpaqlarını ələ keçirmə qərarını pisləyərək, "İlhaqla nəticələnə biləcək faktiki vəziyyət yaratmağa yönəlmiş hərəkətlərə son qoyulmalıdır" deyib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən edilən yazılı açıqlamada İsrailin "İordan çayının qərb sahilində minlərlə yeni qeyri-qanuni yaşayış məntəqəsi tikiləcək" açıqlamasının pisləndiyi bildirilib.

Bəyanatda, "Aİ, həmçinin İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində yürütdüyü mülksizləşdirmə siyasətini şiddətlə qınayır. De-fakto vəziyyət yaratmağa yönəlmiş və ilhaqla nəticələnə biləcək hərəkətlərə son qoyulmalıdır."

Açıqlamada bu hərəkətlərin beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğu vurğulanaraq, “İsraili bu qərarlardan əl çəkməyə çağırırıq” ifadəsi işlədilib. Bəyanatda İsraildən Fələstin rəhbərliyini xüsusilə maliyyə məsələlərində zəiflədən hərəkətlərini dayandırmağa çağırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
turkustan.az

1Sources