EN

“Fransızlar Göyçə dağlarından Azərbaycana hökm etməyə çalışır” – ŞƏRH

“Deməli, məlum olur ki, Fransa Geğarkunik adlandırdıqları Ermənistanın ən böyük Şərq vilayətində kənd təsərrüfatı sahəsində əməkdaşlığa başlayır”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli söyləyib.

Əziz

Ə.Əlibəyli bildirib ki, “bölgə bütün Ermənistan ərazisinin 18 faizini əhatə edir. Ölkənin ən böyük mərzi sayılır və təsəvür edin ki, bu mərzlər keçmiş Sevan, Krasnoselski, Martuni rayonlarına daxildir. Tarixi baxımdan bizim üçün vacib olan Qərbi Azərbaycanın önəmli hissələri, o cümlədən də Göyçə burada yerləşir. Digər bir məsələ də var ki, ermənilərin iddia etdiyi Başkənd və anklav dedikləri bölgədə güya bunların mərzinə aiddir və fransızlar burya yerləşir.

İnzibati mərkəzi də Göyçənin digər hissəsi Kəvər ərazisidir. Kəvər indi bu Geğarkunik mərzinin mərkəzidir. Sevan, Çəmbərək, Vardenis şəhərlərində təkcə 93 kənd yerləşir. Məsələ nədir? Fransızların gəlib yerləşməsi, kənd təsərrüfatı adı altında Azərbaycanla sərhəddə yerləşməsi, gələcəkdə həqiqətən Azərbaycana qarşı böyük təhlükə yaratmaq niyyəti güdür. Kənd təsərrüfatı texnikaları silaha çevriləcək. Azərbaycanın tarixi ana torpaqları məsələsi üzərindən baxanda biz öz tariximiz uğrunda savaşı təkcə ermənilərlə aparmış olmuruq. Fransızlar gəlib çıxıblar Göyçəyə, Göyçə dağlarında Azərbaycana hökm etməyə çalışır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
107
turkustan.az

1Sources