Qazaxıstan hökuməti Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində və "ŞƏT Plus" formatında qarşılıqlı faydalı əməkdaşlığa qətiyyətlə sadiqdir.
“İki sahil” xəbər verir ki, bunu Prezident Kasım-Jomart Tokayev Astanada ŞƏT+ formatında keçirilən görüşdə deyib.
“Qazaxıstanın ŞƏT çərçivəsində və "ŞƏT Plus" formatında hərtərəfli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha vurğulamaq istəyirəm”, - o bildirib.
Dövlət başçısı həmçinin ŞƏT məkanının qlobal ticarətin Avrasiya kəmərinə çevrilə biləcəyinə əminliyini ifadə edib.