EN

Gəncədə gözəllik salonunda DƏHŞƏT: Arvadının üstünə “kislota” tökdü

Gəncədə ailə münaqişəsi zəminində bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Hüseynov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nərminə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək onun üzərinə “kislota” (sulfat turşusu) töküb. 

Zərərçəkən təcili olaraq xəstəxanaya çatdırılıb. Hadisəni törədən A. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
111
27
bizim.media

10Sources