EN

Macarıstan Ermənistana pul verməyə icazə verdi

Macarıstan Ermənistana Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro ayrılmasına qoyulan embarqonu ləğv edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Avropa İttifaqındakı diplomatik mənbələr erməni jurnalistlərə bildiriblər.

Artıq Birliyə üzv olan bütün dövlətlər yaşıl işıq yandırmağa hazırdır və layihənin əvvəlcə iyulun 17-də üzv ölkələrin səfirləri, sonra isə iyulun 22-də xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi gözlənilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Budapeşt Azərbaycanın müzakirə olunan proqrama daxil edilməsini tələb edərək, Ermənistana Avropa İttifaqı Sülh Fondundan 10 milyon avro məbləğində dəstək layihəsini əngəlləyir. Diplomatik sənədlərə görə, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq ki, bu düşərgəyə bir tibb məntəqəsi, eləcə də müvafiq xidmətlər və obyektlər daxildir.

 

Nigar

 

Chosen
44
30
oxu24.com

10Sources