EN

Hindistanda dini ayin zamanı izdiham: Ölənlər var

Hindistanın Uttar-Pradeş ştatında keçirilən dini ayin zamanı izdiham nəticəsində həyatını itirənlərin sayı 123-ə yüksəlib.

"Cebhe.info" Hindistanın NDTV” kanalına istinadən xəbər verir ki, iyulun 2-də Hathras bölgəsində keçirilən satsanq kimi tanınan kütləvi dua tədbiri zamanı izdiham yaşanıb, nəticədə 123 nəfər ölüb.

Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmirlər. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.

Uttar Pradeş Baş nazirinin müavini Brajeş Pathak açıqlamasında 23 yaralının xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Səlahiyyətlilər izdihamın niyə və necə baş verdiyi ilə bağlı araşdırmalara başlayıb.

Aparılan araşdırmalar nəticəsində əldə edilən ilkin məlumata görə, hadisəyə həddindən artıq sıxlıq, səhv planlaşdırma, ərazidəki çıxışların qeyri-adekvat olması və əlverişsiz hava şəraiti böyük təsir göstərib.

Chosen
86
cebheinfo.az

1Sources