EN

Kəmaləddin Heydərov direktoru işdən çıxardı

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Əməkdar həkimi" təqaüdə göndərib.

Sitat.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Fikrət Əhəd oğlu Aslanov FHN-nin nəzdində "İzotop" xüsusi kombinatının direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Fikrət Aslanov 2020-ci ilin dekabr ayında ölkə başçısının müvafiq sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

Xatırladaq ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, radioaktiv mənbələrin, materialların və radioizotoplu cihazların nəqli, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası, ərazilərdə, təşkilatlarda və radiasiya qurğularını istismar edən müəssisələrdə radioloji monitorinq və dezaktivasiya, radioekoloji monitorinq üzrə fəaliyyət göstərir.

 

Chosen
91
16
sitat.info

10Sources