Astana. Trend:
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlıfəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzvdövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafimövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələrAzərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinəçevrilmək imkanı verib.
Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanınpaytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəçıxışında deyib.
“Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələrihesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biztərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanınınillik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tonaqədər artırmaq niyyətindədir”, - deyə dövlətimizin başçısıbildirib.