EN

Belçika millisi XXI əsrin antirekorduna imza atdı

AÇ-2024-ün 1/8 finalında Fransa yığması ilə oyun (0:1) Belçika millisi üçün xoşagəlməz antirekordla əlamətdar olub.

Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda Belçika yığması “xoruzlar”ın qapısına yalnız 5 zərbə endirib.

Müvafiq göstərici XXI əsrdə Belçika yığmasının mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) antirekordu kimi əlamətdar olub. “Qırmızı şeytanlar” mötəbar yarışlarda ən bərbad nəticəyə isə İtaliyada keçirilmiş DÇ-1990-da imza atıblar. O vaxt Belçika yığması Uruqvay yığması ilə qrup oyununda (3:1) rəqib qapısına cəmi 4 zərbə vurmuşdu ki, bu da “qırmızı şeytanlar”ın mütləq milli antirekordu olaraq əlamətdardır.

Xatırladaq ki, Belçika millisi AÇ-2024-də mübarizəsinə Slovakiya (0:1), Rumıniya (2:0) və Ukrayna (0:0) yığmalarının yer aldığı “E” qrupunda başlayıb. Qrup mərhləsini 4 xalla 2-ci yerdə başa vurmuş “qırmızı şeytanlar” məlum olduğu kimi, Fransa yığmasına öz qapısına vurduğu qol nəticəsində məğlub olaraq, qitə birinciliyi ilə vidalaşıblar.

Mütəxəssislərin böyük əksəriyyəti Belçika yığmasının AÇ-2024-də inamsız və imkanlarından aşağı səviyyədə çıxış etdiyi qənaətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
arena.az

1Sources