EN

Putin: “Taliban bizim müttəfiqimizdir”

“Taliban” hərəkatı Əfqanıstanda hakimiyyətə nəzarət edir və buna görə də bu ölkədə sabitlikdə maraqlıdır”.

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə deyib.

O bildirib ki, Taliban terrorizmlə mübarizədə Rusiyanın müttəfiqidir:

“Taliban hərəkatı öz üzərinə müəyyən öhdəliklər götürüb. Və ümumiyyətlə, həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətin daimi diqqətini tələb edən məsələlər hələ də qalmaqdadır. Amma ümumilikdə götürdükdə, ölkədə hakimiyyətə Talibanın nəzarət etdiyini düşünməliyik. Və bu mənada “Taliban” terrorizmlə mübarizədə bizim üçün əlbəttə ki, müttəfiqdir”, – deyə Putin ŞƏT sammitindən sonra jurnalistlərə bildirib.

Prezident əmin olduğunu bildirib ki, Taliban Əfqanıstanda hər şeyin sabit, sakit və müəyyən qaydalara tabe olmasını təmin etməkdə maraqlıdır.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
konkret.az

2Sources