EN

Rus ordusunu necə dayandırmaq olar? - Yol göstərildi

Ukraynadakı hərbi itkiləri Rusiya hərbi rəhbərliyini dayandırmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Taras Jovtenko deyib.

“Çoxları hesab edir ki, Rusiya bu müharibədə çoxsaylı insan resursu və texnikasını itirərsə, bütün bunlar Rusiyanı daxildən sarsıda bilər. Yaxud Putinin ətrafı resurslar baxımından baha başa gələn müharibəni davam etdirmək istəməyərək, müharibəni dayandırmaq üçün onu siyasi qərarlara vadar edə bilər. Bu illüziyadır”, - Jovtenko vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya hərbi baxımdan SSRİ doktrinasına uyğun olaraq döyüşləri davam etdirir:

“Həmin doktrinaya görə, bölmə 30 faizdən az şəxsi heyəti və texnikasını itirirsə, vəziyyət az-çox normaldır. Bu vəziyyətə riyazi nöqteyi-nəzərdən baxsaq, onda görərik ki, son iki ildə Rusiya bu həddi aşmayıb”.

Jovtenkonun sözlərinə görə, Rusiyanın hər ay səfərbər etdiyi canlı qüvvə 30 000-ə çatır, bu da bölmələrdəki itkilərin faizini sabit səviyyədə saxlamağa imkan verir.

“Bəli, Xarkov faktoru var, son hücumlarda gündəlik itkilərin sayı 1800-ə çatmışdı və ruslar bir az gərginləşmişdi. Əgər biz rusların itkilərinin səviyyəsini bunu kompensasiya etmək imkanlarından kənara çıxarsaq, bu, Rusiyada gərginlik yaradacaq. Bu, Rusiya hərbi maşınının ortamüddətli perspektivdə tab gətirə bilməyəcəyi bir məsələdir. Əgər Rusiyanın gündəlik itkilərini 1000-dən 3000-ə çatdırsaq və bu durumu 3 ay saxlasaq, o zaman siyasi mənada Rusiya daxilində həqiqətən də nəzərəçarpacaq nəticələr olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
teleqraf.com

1Sources