EN

“Silk Vey Vest Aviaşirkәti”nin gəlirləri kəskin azalıb - MƏNFƏƏTİ 9 DƏFƏ AŞAĞI DÜŞÜB - HESABAT

Azərbaycanın ən böyük özəl aviadaşıma şirkətlərindən olan “Silk Vey Vest Aviaşirkәti” 2023-cü ilin nətiələrini açıqlayıb. 

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin gəlirləri 1 milyard 930 milyon manat olub ki, bu da 2022-ci ilə nisbətən 1,3 milyon manat azdır. 2022-ci ildə “Silk Vey Vest Aviaşirkәti”in gəlirləri 3 milyard 244 milyon manat olmuşdu. 

Şirkətin əməliyyat xərcləri isə təqribən 300 milyon manat azalaraq 1 milyard 726 milyon manata düşüb. 2022-ci ildə bu rəqəm 2 milyarddan artıq idi, daha dəqiqi 2 milyard 13 milyon manat. 

“Silk Vey Vest Aviaşirkәti”in xərclərinin byöük hissəsi, az qala yarısı - 711 milyon manatı yanacaq xərclərinin payına düşüb (167 milyon manat azalma).
Servis, enmə və naviqasiyay xərcləri isə 313 milyon manat təşkil edib. Ötən il “Silk Vey Vest Aviaşirkәti”in amortizasiya xərcləri 165 milyon manat olub. 

Maaqlı rəqəmlərdən bəri icarə xərcləri ilə bağlıdır, 2023-cü ildə “Silk Vey Vest Aviaşirkәti” təyyarə və mühərriklərin icarəsinə 120 milyon manat xərcləyib. 2022-ci illə müqayisədə bu rəqəm 20% azalıb – 149 milyon manat olmuşdu. 

Eyni zamanda ötən il “Silk Vey Vest Aviaşirkәti” ekipajın – pilotların icarəsinə 40 milyon manat xərcləyib. 

2023-cü ildə “Silk Vey Vest Aviaşirkәti”in çarter reysləri də azalıb – 2022-ci ildə şirkət bu reyslərin təşkilinə 59 milyon manat xərləmişdisə, 2023-cü ildə bu rəqəm 35 milyon manata düşüb. 

Şirkətin işçilərə çəkdiyi xərclər isə 78 milyon anat təşkil edib. 

Bu və digər xərcləri nəzərə aldıqda, 2023-cü iin sonuna “Silk Vey Vest Aviaşirkәti”inin əməliyyat mənfəəti 204 milyon manat təşkil edib. 
Şirkətin maliyyə xərcləri 55 milyon manat, təyyarə və mühərriklərin yenidən qiymətləndirilməsindən itkiləri 45 milyon manat olub. 

Digər xərcləri də nəzərə aldıqda, vergidən əvvəlki mənfəət 112 milyon manat olub ki, onun da 29 milyon manatı mənfəət vergisi kimi ödənilib. 
Əlavə qiymətləndirmə nəticəsində əldə edilən 24 milyon manatlıq gəliri də nəzərə aldıqda, “Silk Vey Vest Aviaşirkәti” 2023-cü ili 106 milyon manat xalis mənfəətlə tamamlayıb. 

Bu böyük göstərici olsa da, 2022-ci ildəki 940 milyon manat xalis mənfəətlə müqayisədə 9 dəfə azdır. 
2023-cü ildə “Silk Vey Vest Aviaşirkәti” böyüməkdə davam edib. Şirkətin aktivləri 2022-ci ilin sonundakı 2,7 milyard manatdan 3,04 milyard manata yüksəlib.

Şirkətin kapitalı isə 106 milyon manat artaraq 1 milyard 552 milyon manata çatıb. 

2023-cü ildə “Silk Vey Vest Aviaşirkәti”inin qısamüddətli öhdəlikləri 100 milyon manat artaraq 934 milyon manata yüksəlib. Şirkətin təkcə icarə üzrə öhdəlikləri 55 milyon manat, kreditləri isə 85 milyon manat artıb. Uzunmüddətli öhdəliklər isə 148 milyon manat artaraq 553 milyon manata qalxıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
fed.az

1Sources