EN

“Burda məni daha öncədən tanıyırdılar” - "Krılya Sovetov"un azərbaycanlısı

PAOK-dan ayrılan qadın futbolçulardan ibarət millimizin üzvü Ayşən Əhmədovanın "Krılya Sovetov"la anlaşdığını xəbər vermişdik.

Görəsən, Ayşən PAOK-dan niyə ayrıldı? Bu keçid necə baş verdi? Artıq komandaya qoşulubmu? Bu suallarla müdafiəçinin özünə ünvanladıq:
"PAOK-dan ayrılmağımın səbəbi Rusiya liqasının daha güclü və şərtlərinin daha yaxşı olmasıdı. Məndən öncə bu klubda bizdən heç kim oynamayıb. Burda məni daha öncədən tanıyırdılar. Ona görə yenidən təklif göndərdilər. Hər şey çox yaxşıdı. Mehriban komanda yoldaşlarım olduğu üçün bura tez alışdım".


GÜNAY SÜLEYMANOVA
Chosen
13
football-plus.az

1Sources