EN

14 aylıq körpə ilk dəfə eşitməyə başladı: valideynləri göz yaşlarına boğuldu -FOTOLAR

Anadangəlmə eşitmə qüsuru olan 14 aylıq Ukrayna vətəndaşı Leya Dynnyk Türkiyənin İzmir şəhərində əməliyyat olunub.

Medicina.az xəbər verir ki, Ukraynanın Ujqorod şəhərində yaşayan Dynnyk cütlüyü körpələri Leyanın müalicəsi üçün yaxınlarının məsləhəti ilə İzmirdəki özəl xəstəxanaya müraciət ediblər. Körpə burada bionik qulaq əməliyyatı keçirib.

Əməliyyatdan sonra körpə ilk dəfə valideynlərinin səsini eşidib. Ukraynalı ana və ata övladlarının eşitməyə başladığı həmin an göz yaşlarını saxlaya bilməyiblər.

“Körpəmiz nəhayət səsimizi eşitdi və bu bizi çox sevindirdi”, - deyən ana Mariana Dynnyk təsvir olunmaz xoşbəxtlik yaşadıqlarını ifadə edib.



Aysel





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
medicina.az

1Sources