EN

Kroos Lemanın İspaniya millisi haqda dediklərini tənqid edib

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos İspaniya millisini “təcrübəsiz uşaqlardan ibarət komanda” adlandıran almaniyalı keçmiş qapıçı Yens Lemanın sözlərinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, “Goal" 34 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Hazırda Lemanın Almaniya millisi ilə heç bir əlaqəsi yoxdur. Onun fikri bizimkindən fərqlidir. Onun bütün sözləri cəfəngiyyatdır. Çox güclü rəqiblə oyuna hazırlaşırıq. İspaniya Avroda yaxşı oynayır. Gözəl futbol gözləyirik”

Almaniya və İspaniya milli komandaları arasında görüş iyulun 5-i cümə günü baş tutacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi ingilis Entoni Teylor təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
90deqiqe.az

1Sources