"Qəbələ"nin sabiq futbolçusu Əyyub Allaşın yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Şerif" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Allaş 2023-2024-cü illərdə "Qəbələ"nin heyətində 56 oyuna çıxıb, 10 qol və 10 assistə imza atıb.