EN

Sunak yenidən Britaniya parlamentinə seçildi, amma...

Böyük Britaniyanın Baş naziri Rişi Sunak yenidən krallığın parlamentinə seçilib.

Publika.az xəbər verir ki, bu barədə TASS Şimali Yorkşir ştatının Riçmond rayonunda səsvermənin nəticələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi yenidən öz dairəsindən İcmalar Palatasına seçilib. Bununla paralel olaraq Sunak hökumət başçısı postunu tərk etmək niyyətini təsdiqləyib .

Əvvəllər bildirilirdi ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının bəzi üzvləri artıq seçkilərdən sonra ölkənin hazırkı baş naziri Rişi Sunakın yerinə namizəd kimi özlərini təklif edirlər. İyulun 4-də keçiriləcək seçkilərdə Mühafizəkarların tarixi məğlubiyyətə uğrayacağı ilə bağlı partiya daxilində qorxular artır.

Chosen
173
publika.az

1Sources