Bakının ən böyük problemlərindən biri də avtomobillərin parklanması məsələsidir.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən "Laçın" Ticarət Mərkəzində işləyən, eləcə də bura alış-veriş üçün gələn şəxslər nəqliyyat vasitələrini yaxınlıqdakı binaların həyətində saxlayırlar.
Bu isə orada yaşayan vətəndaşların narazılığına səbəb olur.
Sakinlər deyirlər ki, maşınlar uşaqların istirahəti üçün nəzərdə tutulan yerləri də zəbt etdiyindən azyaşlılar oynamağa yer tapmırlar:
"Bilmirsən, kimin maşınıdır. Yolu kəsirlər, evimizə girə bilmirik. Uşaqlar küçəyə çıxa bilmirlər. Yaşlılar hava almaq istəyirlər, maşınların əlindən burada necə hava alsınlar? Maşınların tozu-torpağı hamısı bizim evlərimizə dolur".
Ətraflı Baku TV-nin süjetində: