Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya NATO ilə əməkdaşlıq mexanizmi yaradır.
Bu barədə İqtisadiyyat.az “Sankei” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya hökumətləri ilə Şimali Atlantika Alyansı (NATO) arasında daimi əməkdaşlıq strukturunun yaradılması ilə bağlı məsləhətləşmələr aparılır.
Bildirilib ki, gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində dörd ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən Yaponiyanın Baş naziri və Cənubi Koreya prezidenti iştirak edəcək. ABŞ prezidenti Co Bayden isə bu məsələ ilə bağlı iclasda qısa müddətə iştirak edə bilər.
Bu görüş çərçivəsində NATO ilə müntəzəm təmaslar və əməkdaşlıq sisteminin gücləndirilməsi məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya NATO-nun daimi tərəfdaşları statusuna malikdirlər, onların Brüsseldə alyansın qərargahında nümayəndəlikləri var.
Gözəl Həşimova