EN

İki nəfəri bıçaqlayıb qaçdı

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.

 

Chosen
57
7
qafqazinfo.az

8Sources