EN

Vüsal Məsiyev yeni icraçı direktor təyin edilib

Bakı. Trend:

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub.

Trend bu barədə Büroya istinadən məlumat verir.

Bildirilib ki, Himayəçilər Şurasının qərarı ilə İcbari SığortaBürosunun rəhbərliyində dəyişiklik edilib.

Vüsal Məsiyev Hamlet oğlu Büronun icraçı direktoru vəzifəsinətəyin olunub.

Vusal Məsiyev daha əvvəl İcbari Sığorta Bürosunun Başİnformasiya Meneceri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2022-2024-cü illərdə DOST rəqəmsal innovasiyalaragentliyində direktor müavini vəzifəsində, 2021-2022-ci illərdəDövlət Məşgulluq Xidmətində idarə heyətinin sədrinin müşavirivəzifəsində və 2005-2019-cu illərdə Saybernet MMC-də Texnikidirektor vəzifəsində çalışıb.

Chosen
86
2
az.trend.az

3Sources