Türkiyənin İzmir şəhərində bir nəfər tanışını ov tüfəngi ilə güllələyib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, aralarında ədavət olan bir şəxs tanışının iş yerinə gedib.
Mübahisə zamanı o tanışına ov tüfəngi ilə atəş açıb.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisəni törədən şəxs polis tərəfindən tutulub.
Şəbnəm Mehdizadə