Hurriyyet.az xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Semonyak müharibənin davam etdiyi müddətdə Ukraynanın NATO alyansına qəbul edilməyəcəyini bildirib.
Semonyak Polşa radiosunun efirindəki çıxışında deyib: "Ukrayna rəhbərləri realistdirlər və ərazisində müharibə gedən, hücuma məruz qalan ölkənin NATO-ya daxil edilməyəcəyini bilirlər".
Onun sözlərinə görə, 9-10 iyul tarixlərində keçiriləcək NATO sammiti yalnız Ukraynanın alyansa üzvlük perspektivini göstərəcək.
Hürr Tərcüman