EN

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri Türk dilinə tərcümə olunub.

Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğinə dair layihələr həyata keçirir. Bu məqsədlə  dahi şairin şəxsiyyəti, onun yaradıcılığı, Azərbaycan və Türk dünyası ədəbiyyatının fəxri olaraq bəşər mədəniyyətinə verdiyi töhfələrə dair əsərlər və monoqrafiyaların Türk dilinə tərcüməsi, nəşri  və təqdimatı nəzərdə tutulub. 

Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən "Böyük Azərbaycan şairi Nizami" əsəri Azərbaycan dilindən Türk dilinə tərcüməsi yekunlaşdırılıb.

Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami" adlı əsərini Türk dilinə Türkiyədəki "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar tərəfindən çevrilib.

Qeyd edək ki, əsər müəllifin nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab edilir və məşhur şərşqşünas Yevgeni Bertels Əlişir Nəvai, Nizami Gəncəvi, Əbdürəhman Cami, Sədi Şirazi, Firdovsi və başqa görkəmli şəxslərin yaradıcılığını tədqiq etmişdir.

Türk dilinə çevrilmiş Y. Berthelsin "Azerbaycan'ın Büyük Şairi Nizamî" adlı əsərin Türkiyədə yaxın günlərdə nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
174
1
olaylar.az

2Sources