EN

Böyük Britaniyanın müdafiə naziri mandatını itirib

Mühafizəkarlar Partiyasını təmsil edən Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps parlament seçkilərindən sonra deputat mandatını itirib.  "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə TASS Hertfordşir ştatının Uelvin-Hetfild seçki dairəsinin nəticələrinə istinadən məlumat yayıb.

Krallığın müdafiə departamentinin hazırkı rəhbərinin Leyboristlər Partiyasından olan rəqibi Endryu Levinə uduzduğu qeyd edilir.

Qeyd edək ki, Britaniyalılar İcmalar Palatasına 650 deputat seçilib. 


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources