EN

“Səbail” Ərzuruma yollandı

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Ərzurumda hazırlıq keçəcək.

Baş məşqçi Şahin Diniyev qardaş ölkədə yetirmələrini 3 yoxlama görüşündə sınayacaq. “Dənizçilər” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor”la qarışlaşacaqlar. Sonucu rəqibin kimliyi hələ bəlli deyil.

“Səbail” Ərzurum toplanışını iyulun 18-də başa vuracaq.

Xatırladaq ki, “dənizçilər” Azərbaycan Premyer Liqasında ötən mövsümü 42 xalla 7-ci pillədə başa vurublar. Paytaxt klubu yeni mövsüm öncəsi büdcəsini xeyli azaltdığı üçün heyətində ciddi dəyişikliklər baş verib.

Chosen
131
arena.az

1Sources