EN

13 ildən sonra ilk: Ərdoğanla Əsədin görüş yeri məlum oldu

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında son 13 ildə ilk görüş sentyabrda baş tuta bilər.

Medianews.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Nəşrin iddiasına görə, görüş yeri kimi Rusiya, Bəsrə körfəzi ölkələri və İraq nəzərdə tutulur.

“Rəsmi Dəməşq artıq görüşə hazırlaşır, məkan seçimi də İraqdan yanadır. Ankara prosesin sakit məcrada getməsini istəyir. Danışıqların hansı ölkədə aparılacağı Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra bəlli olacaq”, – deyə məlumatda qeyd edilir.

Bundan öncə Türkiyə lideri Suriya ilə diplomatik əlaqələri bərpa etməmək üçün heç bir səbəbin olmadığını bildirmişdi:“Bunu keçmişdə etdiyimiz kimi yenidən edə bilərik. Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Bilirsiniz, heç bir səbəb yoxdur. Niyə cənab Əsədlə keçmişdə etdiyimiz kimi bir ailə görüşünə çatana qədər bunu təkrar edə bilməyək?”.

Ayşən

Chosen
48
medianews.az

1Sources