EN

Çinli rəsmidən mövqe: Çin və Azərbaycan bir-birinin əsas maraqlarını dəstəkləməyə hazırdır

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bildirib ki, Çin Azərbaycanla münasibətləri daha dolğun mərhələyə yüksəltməyə hazırdır. O qeyd edib ki, iyulun 3-də Astanada imzalanan Strateji Tərəfdaşlıq haqqında bəyannamə “ikitərəfli münasibətlərin inkişafında yeni başlanğıc nöqtəsidir”.

Din Tao əlavə edib ki, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycanın enerji keçidində transformasiya tələblərinə, eləcə də Çinin ehtiyaclarına cavab verdiyi üçün qarşılıqlı faydalı olacaq. Onun sözlərinə görə, Pekin Orta Dəhlizin inkişafına böyük əhəmiyyət verir.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
hurriyyet.az

1Sources