EN

Gürcüstan dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Gürcüstan

Tbilisi, 5 iyul, AZƏRTAC

Keçən il Gürcüstan dəmir yolları ilə 13,6 milyon ton yük daşınıb, bu da 2022-ci illə müqayisədə 8,2 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (GDY) maliyyə hesabatında əksini tapıb.

Bildirilir ki, yük dövriyyəsinin azalması əsasən tranzit daşımaların azalması ilə bağlıdır. 2022-ci ildə tranzit yüklərin həcmi 8,6 milyon ton olduğu halda, 2023-cü ildə bu rəqəm 7,7 milyon tona qədər azalıb.

Hesabat dövründə Gürcüstan ərazisindən dəmir yolu ilə daşınan yüklərin 47 faizi və 7,7 milyon tonu Rusiyadan göndərilib.

Tranzit yüklərin 26 faizi isə Azərbaycanın payına düşüb. Qalan yüklərin 3,4 faizi Türkmənistandan, 3,2 faizi Rumıniyadan, 2,8 faizi Bolqarıstandan, 2,3 faizi Türkiyədən, 1,3 faizi Belarusdan, 1,2 faizi isə Çindən göndərilib.

GDY ilə daşınan ümumi yüklərin 28,9 faizini mis filizi və digər mədən xammalı, 28,5 faizini kömür, xam neft və təbii qaz, 12,7 faizini isə qida və içkilər təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
2
azertag.az

3Sources