EN

Peskov Kremldə Putin və Orban arasında danışıqların gözlənildiyini təsdiqləyib- ÖZƏL

Kremldə Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında danışıqlar aparılacağı gözlənilir. 

Olaylar.az xəbər verir ki, bu u Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Jurnalist Pavel Zarubinlə danışan Kreml nümayəndəsi Orbanın Moskvaya işgüzar səfərlə gəldiyini vurğulayıb. Peskov əlavə edib ki, siyasətçilər digər məsələlərlə yanaşı, Ukrayna böhranı mövzusuna da toxunacaqlar.

Baş nazir Viktor Orbanı daşıyan təyyarə cümə günü, iyulun 5-də Moskvanın Vnukovo hava limanına enib. Bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
20
olaylar.az

10Sources