Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icra edir.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.
Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissəsi üzrə aparılır.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.