EN

UEFA-dan Merih Demirala rəsmi cəza

UEFA Türkiyə yığmasının müdafiəçisi Merih Demiralı rəsmən cəzalandırıb. Matc.az xəbər verir ki, buna 26 yaşlı müdafiəçinin AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “bozqurd” işarəsi ilə bölüşməsi səbəb olub. Məlumat UEFA tərəfindən yayılıb. Merihə 2 oyunluq cəza verilib. Təcrübəli futbolçu “ay-ulduzlular”ın 1/4 finalda Niderlandla keçirəcəyi oyunda komandasına kömək edə bilməyəcək. Türkiyə millisi yarımfinala adlayarsa, finalın bir addımlığında da Demiralın xidmətindən məhrum olacaq. Qərardan narazı qalan Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
matc.az

1Sources