EN

NATO sammitdə mərmi istehsalı ilə bağlı mühüm qərar qəbul edəcək - “Reuters“

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində mərmilərin standartlaşdırılması ilə bağlı mühüm qərar qəbul edəcək.

News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Nəşr alyans rəsmilərinə istinad edib. Qeyd edilir ki, NATO tarixində ilk dəfə olaraq müdafiə sənayesi üzrə öhdəliklərini elan edəcək, ölkələri silah istehsalını artırmağa və döyüş meydanında mərmilərin əvəzlənməsi üçün sursatların daha ciddi standartlaşdırılmasına qayıtmağa çağıracaq.

"Ukrayna göstərdi ki, bizim standartlaşdırmamız kağız üzərində yaxşıdır. Amma praktikada o qədər də işə yaramır", - NATO rəsmisi  Rusiyanın Ukraynada başlatdığı müharibəsi səbəbindən artan tələbatın bütün dünyada 155 mm-lik artilleriya mərmilərinin qıtlığına səsəb olmasına toxunarkən deyib.

"Reuters" qeyd edib ki, NATO avtomat kimi atıcı silahlara dair müttəfiqlərin bir-birinin sursatından istifadə etməyə imkan verən standartlar tətbiq etsə də, artilleriya mərmiləri ilə bağlı işlər o qədər də sadə deyil.

Tural

News365.az


Chosen
50
news365.az

1Sources