EN

OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar

    OnePlus şirkəti bir neçə gün bundan öncə Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim etdi. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, 6100 mAh enerji tutumlu batareyanı əldə edib. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder xəbər verib ki, şirkət daha böyük həcmli batareyaya sahib smartfonlar üzərində çalışır. Bəzi məlumatlara əsasən söhbət, OnePlus 13 və OnePlus Ace 4 smartfonlarından gedir.     Şirkət artıq bu smartfonların 6500 mAh enerji tutumlu batareyaya sahib prototiplərini test etməyə başlayıb. Çox güman ki, OnePlus 13 modeli Snapdragon 8 Gen 4 prosessoru, OnePlus Ace 4 modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. İnsayder əlavə edib ki, OnePlus ilə yanaşı OPPO şirkəti də 6500 mAh enerji tutumlu batareyaya sahib smartfonlar üzərində çalışır və onlar nəticədə 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilərlər. Bu iki şirkətin belə böyük həcmdə batareyaya sahib ilk smartfonlarının bu ilin sonunda təqdim olunacaqları gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
technote.az

1Sources