EN

Stoltenberq: "Kiyevə silah tədarükü ildə ən azı 40 milyard dollar olmalıdır"

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində qərara alınmalıdır ki, Ukraynaya silah tədarükü ildə ən azı 40 milyard dollar olmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO sammiti ərəfəsində mətbuat konfransında bildirib.

Stoltenberq qeyd edib ki, bu məbləğə digər yardım növləri, məsələn, makroiqtisadi yardım daxil olmayacaq.

 

Gözəl Həşimova

Chosen
80
iqtisadiyyat.az

1Sources