EN

Konqresmenlər İrəvanda sülhdən danışdılar

“ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesini sürətləndirməyə çalışır. 

“Cebhe.info” xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin İrəvana səfər edən rəhbəri Ben Kardin Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında belə deyib. O, ABŞ-nin beynəlxalq siyasətdə geniş diplomatik alətlərə malik olduğunu vurğulayıb: 

“Mən indiki halda bu alətlərdən necə istifadə edəcəyimizin təfərrüatlarına varmayacağam. Amma vurğulamaq istərdim ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesinin təşviqində maraqlıdır”. O, ABŞ-nin bu prosesdə fəal iştirak edəcəyini, hər iki ölkənin həm qanunverici, həm də icraedici hakimiyyət orqanları ilə işləyəcəyini qeyd edib. Respublikaçı senator Rocer Uiker öz növbəsində bildirib ki, ABŞ Ermənistan hökumətinin və xalqının mövqeyini, eləcə də SSRİ-nin süqutu zamanı müəyyən edilmiş tarixi sərhədlərlə bağlı danışıqların əvvəlində səsləndirilən şərtləri başa düşür. 

“Biz bu məsələlərdən və mövqelərdən xəbərdarıq. Dövlət Departamentinin və Nümayəndələr Palatasının rolu sülh prosesinə kömək etməkdir. Onlar vasitəçi kimi çıxış etməli və tərəflər arasında razılığa gəlməyə kömək göstətməlidirlər”, - deyə Uiker vurğulayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
cebheinfo.az

1Sources