EN

Qaluzindən Ermənistanın səfir dəyişməsinə reaksiya – “Onların səlahiyyətindədir...”

“Bu və ya digər ölkəyə səfirin namizədliyi ilə bağlı qərar vermək göndərən ölkənin səlahiyyətindədir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfirinin dəyişdirilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib. “Belə olan halda söhbət Ermənistan rəhbərliyinin Rusiya Federasiyasındakı səfirini dəyişmək niyyətindən gedir”, - o əlavə edib.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün bəyan edib ki, Ermənistanın tezliklə Rusiyada yeni səfiri olacaq, namizədlik artıq təqdim olunub və onlar təyinatı gözləyirlər.

Bundan əvvəl mətbuat parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Qurgen Arsenyanın namizədliyi ilə bağlı yazıb. Hələ 2023-cü il oktyabrın sonunda Arsenyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyinin irəli sürüldüyünü və sənədlərinin Rusiyada olduğunu təsdiqləyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
azpolitika.info

1Sources