EN

Neqoş Kupusoviç “Sabah”da - Rəsmi

Serbiyalı hücumçu, “Srvena Zvezda”nın yetirməsi olan Neqoş Kupusoviç bundan sonra Azərbaycan təmsilçisi “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersgebirge” (Aue, 2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.

Neqoş Kupusoviç 2021-ci ilin sentyabr ayından formasını geyindiyi “Trençin”i bu yay azad agent kimi tərk edib. O, bu klubun forması ilə meydana çıxdığı 80 oyunda 19 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Futbolçu “Sabah”da 29 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, “Sabah” Kupusoviçdən öncə Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı) və İvan Lepinitsanı (“Slaven Belupo”, Xorvatiya) da heyətinə qatmışdı. Paytaxt klubu müqavilə ilə Kiyev “Dinamo”suna (Ukrayna) məxsus olan Kahim Parrisin də transfer hüquqlarını alıb. Əvəzində Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apeh komandanı tərk ediblər. Rauf Rüstəmli də “Şamaxı”ya icarəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
14
arena.az

10Sources