EN

Bakıda 8,2 milyonluq dövlət müəssisəsi hərraca çıxarılır - DETALLAR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 6-da təşkil olunacaq hərraca dövlət müəssisəsi çıxarılacaq.

Ləğvetmə prosesində olan bankların əmlakları - HƏRRACDA SATILIR - MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, hərraca  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nə tabe olan "Bakı Beton Konstruksiyaları" MMC çıxarılacaq.

Sözügedən müəssisə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci km-i ünvanında yerləşir.

Hərracda ilkin satış qiyməti 8 200 000 manat müəyyən edilib.

İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

06 avqust 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhərində hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumat:

Ümumi
faydalı
sahəsi
(kv.m)

Özəlləşdirilən torpaq
sahəsi
(kv.m)

İşçilərin sayı

Əmlakın ilkin
(start) satış qiyməti
(100%)
(manat)

Əmək kollektivinə güzəştli satışa çıxarılan hissə
(manat)

Torpaq sahəsinin
 ilkin (start) satış qiyməti
(manat)

Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti
(manat)

 

10% beh (manat)
 

9 267.3

64 483.0

50

3 937 493

x

4 262 507

8 200 000

820 000

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
fed.az

1Sources