EN

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

“Qalatasaray”ın

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya “Atalanta”sına keçib.

AZƏRTAC A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.

“Atalanta” bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.

Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib.

Chosen
107
7
azertag.az

10Sources