EN

Qırğızıstanda dövlət çevrilişi cəhdinə hazırlaşanlar həbs edilib

Qırğızıstanda gizli xidmətlər hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını alıb. Bu barədə iyulun 5-də ölkənin Milli Təhlükəsizlik Komitəsinin (DTX) mətbuat xidməti “Instagram” sosial şəbəkəsində məlumat yayıb.

“Vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə hakimiyyəti zorakılıqla ələ keçirmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq planlarını həyata keçirən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - deyə məlumatda bildirilir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 5 respublika vətəndaşı saxlanılıb..

Saxlanılan şəxslərin yaşayış yeri və avtomobillərinə baxış zamanı əldəqayırma partlayıcı qurğular üçün komponentlər, odlu silahlar, döyüş sursatı, zirehli geyimlər, hüquq-mühafizə orqanlarının geyim forması, pilotsuz uçuş aparatları və ekstremist ədəbiyyat aşkar edilib. İstintaq davam edir.

Oxuməni.az

Chosen
126
oxumeni.az

1Sources